Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 8/53

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Xanış Alış oğlu Qarayev 63 saylı Sabirabad birinci, Orxan Möhübbət oğlu Həsənov 74 saylı Lənkəran kənd, Arslan Bakir oğlu Ağayev 81 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Nigar Qulamirzə qızı Fərəcova 74 saylı Lənkəran kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

02.03.2018

 

Azərbaycan.- 2018.- 3 mart.- S.4.