“Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi haqqında
Əsasnamənin, nazirliyin strukturunun
təsdiq edilməsi və aparatının işçilərinin
say həddinin müəyyən edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
25 may tarixli 413 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
haqqında Əsasnamə”ni
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 31 oktyabr tarixli 832-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
25 may tarixli 413 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 5, maddə
411, ¹ 8, maddə 680; 2007, ¹ 6, maddə 602, ¹ 8, maddə
770, ¹ 10, maddə 947; 2008, ¹ 7, maddə 612, ¹ 11, maddələr
967, 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə
83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə 688, ¹ 9, maddə
855; 2013, ¹ 2, maddə 114, ¹ 6, maddə 651, ¹ 9, maddələr
1060, 1061; 2016, ¹ 3, maddə 436; 2017, ¹ 10, maddə 1781) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi haqqında Əsasnamə”nin 9.7-ci bəndində
“elmi tədqiqatların
aparılmasını istiqamətləndirmək”
sözləri “elmi tədqiqatların aparılmasını
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə istiqamətləndirmək və
əlaqələndirmək” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 fevral 2018-ci il
Azərbaycan.- 2018.- 4 mart.- S.2.