Tibbi sığorta haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanınaİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Tibbi sığorta haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 20; 2003, ¹ 10, maddə 585; 2008, ¹ 8, maddə 716; 2016, ¹ 6, maddə 1060) 2-ci hissəsinin üçüncü abzasına “11-ci maddəsindəsözlərindən sonra “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən baza zərfi (əsas xidmətlər) istisna olmaqla)” sözləri “15-ci maddəsinin birinci hissəsindəsözlərindən sonra “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən tariflər istisna olmaqla)” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2018-ci il

 

Azərbaycan. - 2018.- 4 mart.- S.3.