“Azərbaycan Respublikası ilə
Ukrayna arasında iqtisadi
əməkdaşlıq məsələləri üzrə
Hökumət Komissiyasının yeni tərkibinin
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli
Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 725; 2009, ¹ 7, maddə 589; 2010, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 129; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 3578 nömrəli Sərəncamı) 1-ci hissəsi ilə yaradılmış komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın
sədri
Azərbaycan Respublikasının
energetika naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası
müdafiə sənayesi
nazirinin müavini
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
fövqəladə hallar
nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət və
turizm nazirinin müavini
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Azərbaycan Respublikası
nəqliyyat, rabitə
və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikasının
Ukraynada fövqəladə
və səlahiyyətli
səfiri
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Ukrayna tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 mart 2018-ci il
Azərbaycan.- 2018.-6 mart.- S.2.