“İnci” körpələr evi-uşaq bağçasının
binasının əsaslı təmirdən sonra
açılışı olub
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə əsaslı təmir edilən “İnci” körpələr
evi-uşaq bağçasının
binası martın 5-də
istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, “İnci” körpələr evi-uşaq bağçası 1987-ci ildə fəaliyyətə başlayıb. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə körpələr evi-uşaq bağçası Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Həmin vaxt məktəbəqədər təhsil müəssisəsi 7 qrup ilə fəaliyyət göstərirdi.
“İnci” körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, binanın əsaslı təmirinə 2016-cı ilin iyul ayından başlanılıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi ingilis dili qrupu da fəaliyyət göstərir. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb.
Gələcəyimiz
olan uşaqların təlim-tərbiyəsinin
ən yüksək səviyyədə təşkili,
onların sağlamlığının qorunması və vətənpərvər,
bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan
dövləti çox mühüm
layihələr həyata keçirir.
Bu istiqamətdə dövlət tərəfindən
atılan addımlara Heydər Əliyev Fondu
da böyük
töhfələr verir. Bu
baxımdan Fondun ölkəmizdəki məktəbəqədər
tərbiyə müəssisələrinin yenidən
qurulması, yeni, müasir
uşaq müəssisələrinin
inşası sahəsindəki fəaliyyəti xüsusi
qeyd edilməlidir.
Azərbaycan.- 2018.- 6 mart.- S.1; 3.