Prezidentin Mətbuat
Xidmətinin məlumatı
Martın 6-da Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində
baş vermiş yanğın nəticəsində
insanların həlak olması ilə bağlı dövlətimizin
başçısına və
həyatlarını itirənlərin
ailə üzvlərinə
başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev göstərilən diqqətə
və başsağlığına
görə minnətdarlığını
bildirib.
Söhbət zamanı Azərbaycan-Türkiyə
dostluq və qardaşlıq əlaqələrinin
müxtəlif aspektləri
müzakirə edilib.
Azərbaycan.- 2018.- 7 mart.- S.3.