Paytaxtın Nərimanov rayonundakı 80 saylı körpələr
evi-uşaq bağçası yenidənqurmadan
sonra istifadəyə verilib
Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü
ilə əsaslı yenidən qurulan 80 saylı körpələr
evi-uşaq bağçasının
martın 6-da açılışı
olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyeva 80 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi
ki, 1963-cü ildə istifadəyə verilən
bağça 115 uşaq
yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb.
Əsaslı yenidənqurmadan sonra burada qrupların sayı 8-ə
çatdırılıb və müəssisə 150 yerlik olub. Körpələr
evi-uşaq bağçasında Azərbaycan
və rus bölmələri ilə
yanaşı, pilot layihə kimi ingilisdilli qrup da yaradılıb. Burada yaş yarımdan 6
yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul
olmaq üçün
bütün imkanlar var. Yenidənqurmadan əvvəl uşaq bağçasının dörd korpusundan ikisi birmərtəbəli, ikisi
isə ikimərtəbəli binalardan ibarət
idi. Əsaslı yenidənqurma zamanı
birmərtəbəli korpuslarda əlavə
ikinci mərtəbələr də inşa edilib. Yeni inşa olunan mərtəbələrdə əlavə
iki qrup, musiqi zalı və digər metodiki
otaqlar yaradılıb. Bundan
əlavə, korpuslararası birmərtəbəli keçid sökülərək ikimərtəbəli
keçid inşa edilib. Uşaq
bağçası zəruri mebel-inventar və
avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici
və müasir işıqlandırma
sistemləri quraşdırılıb. Həyətyanı
ərazidə geniş abadlıq işləri
aparılıb, həmişəyaşıl ağaclar
əkilib, təbii ot örtüyü
salınıb, uşaqların istirahəti üçün
kölgəliklər və əyləncə qurğuları
quraşdırılıb, balacaların sevimli
cizgi filmlərinin qəhrəmanlarının
heykəlləri qoyulub. Bir sözlə, müəssisədə
balacaların vaxtlarını maraqlı və səmərəli
keçirmələri üçün hərtərəfli
imkan yaradılıb.
Azərbaycan.- 2018.- 7 mart.- S.2.