2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
seçki bülletenlərinin mətni,
forması, sayı və hazırlanma qaydasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 9/55
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
99.1 - 99.4-cü və 199-cu maddələrinin tələbinə
görə, seçki
bülletenlərinin mətni
və forması, onların sayı, hazırlanmasına aid tələblər
Mərkəzi Seçki
Komissiyasının qərarı
ilə səsvermə
gününə ən
geci 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin
sayından 3 faizdən
artıq olmamaq şərtilə səsvermə
gününə ən
azı 10 gün qalmış Mərkəzi
Seçki Komissiyasının
nümayəndələrinin müşahidəsi altında
müvafiq qaydada hazırlanmalıdır.
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində istifadə
ediləcək seçki
bülletenləri ilə
əlaqədar yuxarıda
göstərilən qayda
və şərtlər
əsas götürülməli,
mövcud seçki dairələri üzrə
həmin bülletenlərin
bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol
küncü nömrələnməli,
namizədlər barəsində
məlumatlardan sağda
boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti
yerləşdirilməli, qeydə
alınmış hər
bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda
- fəaliyyət növü),
onları irəli sürmüş subyektlərin
adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi
irəli sürülən
qeydə alınmış
namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə
və ya bilavasitə seçicilər
tərəfindən irəli
sürülən qeydə
alınmış namizədin
öz arzusu ilə partiya mənsubiyyəti göstərilməlidir.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü,
99-cu və 199-cu maddələrinə
uyğun olaraq qərara
alır:
1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində mövcud
seçki dairələri
üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər
barəsində məlumatlardan
sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür
yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş,
habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda
- fəaliyyət növü),
onları irəli sürmüş subyektlərin
adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi
irəli sürülən
qeydə alınmış
namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə
və ya bilavasitə seçicilər
tərəfindən irəli
sürülən qeydə
alınmış namizədin
öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş
seçki bülleteninin
mətni və forması təsdiq edilsin.
2. Ölkə üzrə qeydə alınmış seçicilərin
ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 5 347 803 (beş milyon
üç yüz qırx yeddi min səkkiz yüz üç) ədəd seçki bülleteni Azərbaycan Respublikası
Milli Məclisi Aparatının mətbəəsində
Mərkəzi Seçki
Komissiyasının təmsilçiliyə
uyğun 3 üzvünün
müşahidəsi altında
mətbəə üsulu
ilə hazırlansın.
3. Qərarın icrası öz səlahiyyətləri daxilində
Mərkəzi Seçki
Komissiyasının Katibliyinə
və Milli Məclis Aparatının mətbəəsinə həvalə
edilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr
Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.03.2018
Azərbaycan.- 2018.- 7 mart.- S.4.