“Azərbaycan Respublikası Hökuməti ilə
Macarıstan Hökuməti arasında avtomobil
nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” 2017-ci il dekabrın 7-də Vyana şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 fevral 2018-ci il
Azərbaycan.- 2018.- 8 mart.- S.2.