“Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamını “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 6, maddə 483; 2007, ¹ 6, maddə 661; 2008, ¹ 6, maddə 486; 2012, ¹ 11, maddə 1098; 2016, ¹ 12, maddə 2061) 1-ci hissəsində “rəisi - Sərhəd Qoşunları Komandanına” sözləri “rəisinə” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart
2018-ci il
Azərbaycan. - 2018.- 8 mart.- S.3.