Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər Belarus Respublikasında dərin kədərlə qarşılandı.
Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.
Dərin hüznlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 8 mart.- S.2.