Rusiya Federasiyasının
Prezidenti Zati-aliləri
cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç.
Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin
Suriyada qəzaya uğraması nəticəsində
insan tələfatı
barədə xəbəri
dərin kədər hissi ilə qarşıladım.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün
Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı
verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 7 mart 2018-ci il.
Azərbaycan.- 2018.- 8 mart.- S.2.