2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Vətəndaş və İnkişaf
Partiyasının səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 10/62
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaş və İnkişaf Partiyası Məclisinin 2018-ci il 19 fevral tarixli iclasının 1 saylı qərarı ilə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Rəşid Əsəd oğlu Abbasov
Ağakərim İsa oğlu Əzimov
Emin Aydın oğlu Əmirov
Hüseynağa Hənfə oğlu Quliyev
Ağaşirin Mirsahid oğlu Əhmədov
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
07.03.2018-ci il
Azərbaycan.- 2018.- 8 mart.- S.6.