Ailə bağları möhkəm olanda

 

Uğur da əlçatan olur, xoşbəxtlik

 

Zamanın nəbzini tutan insanlardandır o. Özü bütün fəaliyyətində etdiyi risklər zamanıAslanın erkəyi, dişisi olmazdeyiminə əsaslanır.

Qorxmazlığı, cəsurluğu möhkəm iradəsi ilə hər zaman zərif çiynini yük altına verməkdən çəkinməyib. Göz açdığı kənd həyatı bir növ onda qarşılaşdığı hər bir çətinliyə, ağrıya qarşı şərti refleks formalaşdırıb. Bununla da həm həyat yoldaşına arxa-dayaq olub, həm övladlarının əsl vətəndaş kimi formalaşmasında nəyə qadir olduğunu isbatlayıb.

Söhbət Qəmər Hüseynovadan gedir. O, Zaqatala rayonunun Çobankol kəndində dünyaya göz açıb. Orta məktəbi doğma kəndində  bitirib. 1978-1982-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər pedaqogika psixologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra ixtisası üzrə az çalışıb. Gənc yaşlarından həyatını komsomol işinə  bağlayıb. Dediyinə görə, 1992-ci ildə AXC hakimiyyətə gələrkən ilk növbədə öz ərizəsi ilə işdən çıxan o olub.

1993-cü ildən isə Qəmər xanım konkret olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. İlk işi tikinti materiallarının alqı-satqısı idi. Bunun ardından kənd təsərrüfatı mütəxəssisi olan həyat yoldaşı Məhərrəmlə köməkli MAQSAN şirkətini yaradaraq boya istehsalına başlayıb. Bu işlər arasında ən uzunömürlüsü isə sonradan seçim etdikləri mebel istehsalı  satışıdır. Hazırkı vəziyyətdə xanım mebel istehsalı satışı işini davam etdirdiklərini deyir.

Qəmər xanım Azərbaycanda rəsmi şəkildə sahibkarlıq fəaliyyətinə başlayan 23 qadından biridir.

Q.Hüseynova həm gözəl ailə başçısıdır. 1988-ci ildən ailəlidir. Böyük oğlu Abdulla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. İkinci oğlu   Afiq isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Onların 4 övladı isə Qəmər xanımın işdən yorulan, gərginləşən dövründə ən əvəzsiz məlhəmidir. Dediyinə görə nəvələrinin hər biri onun üçün əzizdir.

Hüseynovlar ailəsi multikultural dəyərlər baxımından da seçilirlər. Belə ki, evin ağsaqqalı zaxor, gəlinlərdən biri isə avardır. Ona görə bu ailə bir növ Zaqatalanın yığcam tolerantlıq modeli kimi xarakterizə oluna bilər. Qaynayıb qarışmaları həm bu insanları bir- birinə bağlayıb, həm doğma məkanları üçün sabitliyə, rahat birgəyaşayışa təminat yaradıb.

Beynəlxalq qadınlar bayramı günündə Qəmər xanım bütün xanımları təbrik edir onlara görmək üçün risk etməkdən çəkinməməyi tövsiyə edir. Deyir ki, gəlin köçdüyü ailə maddi baxımdan çox imkansız olub. Lakin həyat yoldaşı ilə olan mehribanlığı, ayağa qalxmaq üçün birgə addım atmaları sayəsində hazırda hər şeyləri var.  Əlavə olaraq yerlərində 14 ailənin çörək qazanmasına da şərait yaradıblar. Hətta bir zamanlar, xüsusən devalvasiyadan əvvəl işçi sayının 60 nəfəri keçən vaxtları da olub.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.- 8 mart.- S.10.