Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinin və Tibb baş
idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan
əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə
(tarif) maaşlarının
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart
2018-ci il
Azərbaycan.-
2018.- 11 mart.- S.1.