Azərbaycan Respublikasının hüdudlarından kənarda
səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna
malik şəxslərin seçici
siyahılarına daxil edilməsi üçün seçki
dairələrinin müəyyən edilməsinə dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
11/64
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat”ına əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilər həmin məcəllənin 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla seçki dairələri üzrə seçici siyahılarına daxil edilirlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasında prezident seçkilərində (referendumda) göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahılarını təsdiq edir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.2-ci, 35.6-cı və 47.4-cü maddələrinə əsasən qərara alır:
1.Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda, seçicilərin sayı və təmsilçilik norması əsas götürülərək, səsvermə hüququna malik şəxslərin seçici siyahılarına daxil edilməsi üçün aşağıdakı seçki dairələri müəyyən edilsin:
16 saylı Yasamal ikinci;
17 saylı
Yasamal üçüncü.
2. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib
Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
10.03.2018-ci il
Azərbaycan.-
2018.- 11 mart.- S.3.