2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi Milli Dirçəliş Hərəkatı
Partiyası tərəfindən irəli sürülmüş
Fərəc İbrahim oğlu
Quliyevin namizəd kimi
qeydə alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
11/65
2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
namizədliyi Milli Dirçəliş Hərəkatı
Partiyası tərəfindən irəli
sürülmüş Fərəc İbrahim oğlu Quliyevin namizədliyinin
irəli sürülməsi Mərkəzi Seçki
Komissiyasının 2018-ci il 17 fevral tarixli 4/27 saylı Qərarı
ilə təsdiq edilmişdir.
Namizədin müdafiəsi
üçün toplanmış seçici imzaları olan imza
vərəqələri və onlara əlavə edilməli
olan sənədlər 2018-ci il martın 3-də partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən namizədin qeydə
alınması üçün Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, namizədin qeydə alınması
üçün əsasların olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək, Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası
Konstitusiyasının 100-cü, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci,
28.4-cü, 54-cü, 58-ci, 59-cu, 60-cı, 181-ci və 182-ci maddələrinə
əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
namizədliyi Milli Dirçəliş Hərəkatı
Partiyası tərəfindən irəli
sürülmüş Fərəc İbrahim oğlu Quliyev
namizəd kimi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
10.03.2018-ci il
Azərbaycan.- 2018.- 11 mart.- S.3.