2018-ci il aprelin 11-nə təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi “Cəbhəçilərin
təşəbbüs qrupu” adlı təşəbbüs
qrupu tərəfindən irəli sürülmüş Razi
Qulaməli oğlu Nurullayevin
namizəd kimi qeydə alınması
haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
11/67
2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
namizədliyi “Cəbhəçilərin təşəbbüs
qrupu” adlı təşəbbüs qrupu tərəfindən
irəli sürülmüş Razi Qulaməli oğlu
Nurullayevin namizədliyinin irəli sürülməsi Mərkəzi
Seçki Komissiyasının 2018-ci il 17 fevral tarixli 4/28
saylı Qərarı ilə təsdiq edilmişdir.
Namizədin müdafiəsi
üçün toplanmış seçici imzaları olan imza
vərəqələri və onlara əlavə edilməli
olan sənədlər 2018-ci il martın 3-də səlahiyyətli
nümayəndə tərəfindən namizədin qeydə
alınması üçün Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, namizədin qeydə alınması
üçün əsasların olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü, 58-ci, 59-cu,
60-cı, 181-ci və 182-ci maddələrinə əsasən qərara
alır:
1. 2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
namizədliyi “Cəbhəçilərin təşəbbüs
qrupu” adlı təşəbbüs qrupu tərəfindən
irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayev
namizəd kimi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
10.03.2018-ci il
Azərbaycan.-
2018.- 11 mart.- S.3.