Şəhidlərin xatirəsinə ehtiram

 

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, burada Giorgi Kvirikaşvilinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Azərbaycan.- 2018.- 13 mart.- S.2.