Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Bakıda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yanğın hadisəsi barədə xəbər məndə dərin təəssüf və kədər hissi doğurdu.
Zati-aliləri, bu ağrılı hadisə ilə bağlı əfqan xalqı adından Sizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Bu faciəvi hadisədə əzizlərini itirmiş ailələrin yanında olduğumu və onların kədərini bölüşdüyümü bildirirəm.
Xəsarət alanların tezliklə sağalmalarını diləməklə yanaşı, Zati-aliləri, Sizə cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram.
Hörmətlə,
Məhəmməd Əşrəf Qani
Əfqanıstan İslam
Respublikasının Prezidenti
Azərbaycan.-
2018.- 13 mart.- S.2.