Azərbaycanın parlament
futbol komandası beynəlxalq turnirin qalibi olub
Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin
100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub.
“İnter
Arena”da keçirilən
final oyununda Azərbaycan
və Ukrayna komandaları qarşılaşıblar. Oyunun gedişini
Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin
üzvləri izləyiblər.
Əvvəlcə hər iki ölkənin
dövlət himnləri
səsləndirilib.
Oyunda topa ilk toxunuşu Azərbaycanın
gənclər və idman naziri Azad Rəhimov va
Türkiyənin gənclər
və idman naziri Osman Aşkın
Bak ediblər.
Komandaların cəhdlərinə baxmayaraq
oyunun birinci hissəsində hesab açılmayıb.
İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandası
36-cı dəqiqədə Əli Abişovun qolu ilə hesabda
önə çıxıb. Matçın 60-cı dəqiqəsində Ukrayna
komandasının üzvü
Oleq Osuxovski hesabı bərabərləşdirib.
Qarşılaşmanın sonuncu dəqiqəsində
Musa Qurbanovun qolu ilə Azərbaycan komandasının qələbəsi
rəsmiləşib.
Beləliklə, Azərbaycan komandası görüşdən 2:1 hesablı
qələbə ilə
ayrılıb.
Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Beynəlxalq turnirin iştirakçı
komandalarının üzvlərinə
medallar və kubok təqdim olunub. Mükafatları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təqdim ediblər.
Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük
Millət Məclisinin,
Ukrayna Ali Radasının,
Polşa və Latviya seymlərinin komandaları yarışıblar.
Azərbaycan.-
2018.-13 mart.- S.5.