Pakistanın Lahor şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan musiqi axşamı keçirilib

 

Pakistanın Lahor şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən musiqi axşamı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixikeçdiyi şərəfli yol haqqında məlumat verib. O, Prezident İlham Əliyevin Sərəncamı əsasında bu il Cümhuriyyətin 100 illik yubileyinin Azərbaycanda və bir çox xarici ölkələrdə geniş qeyd olunduğunu vurğulayıb.

Səfir Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin Pəncab əyalətinin mərkəzi və Pakistanın ikinci böyük şəhəri olan Lahorda qeyd edilməsinin əlamətdar hadisə olduğunu bildirib. O, Pakistan və Azərbaycan xalqları arasında tarix boyu sıx əlaqələrin, mədəni yaxınlığın və ortaq bağların olduğunu qeyd edib. Diplomat Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu söyləyib, Pəncabın qardaş ölkələr olan Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafında xüsusi rolunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Pəncab əyalətinin maliyyə naziri xanım Aişə Paşa Pakistan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu deyib, iqtisaditicari əməkdaşlığın, mədəni bağların, xalqlararası münasibətlərin daha da artırılmasının vacibliyini vurğulayıb. O, Azərbaycanın musiqi qrupunun Pəncab əyalətinin Lahor şəhərinə gəlməsinin böyük məmnunluq hissi yaratdığını bildirib. Aişə Paşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Pəncab əyalətinin Baş naziri və hökuməti adından Azərbaycan xalqını təbrik edib.

Çıxışlardan sonra Azərbaycanın Əməkdar Artisti Mübariz Əsgərovun, Azərbaycan Dövlət Filarmoniyasının solisti Fəxri Nicat Kazımın, Azərbaycan Televiziyasının solisti Nigar Şabanovanın ifalarında xalq və bəstəkar mahnıları, klassik musiqilər səslənib.

Musiqi axşamı ziyafətlə davam edib.

 

Azərbaycan.- 2018.- 13 mart- S.5.