Bakı “Expo 2025” üçün ən ideal namizəddir

 

Azərbaycanİnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraqtəşəbbüsü ilə bu beynəlxalq tədbirin möhtəşəm tarixini yaradacaq

 

Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində öz sözünü demiş ölkələr sırasındadır. Artıq respublikamızda keçirilən tədbirlər ənənə halını almaqla, dünyanın mötəbər siyasi mərkəzləri, o cümlədən BMT tərəfindən dəstəklənir. Azərbaycanın təşəbbüsü ilə keçirilən mədəniyyətlər, sivilizasiyalararası dialoq humanitar forumlar bütün dünyada sülhə, mədəniyyətə töhfə vermək üçün mühüm tədbirlərdir. Bakı prosesiartıq dünyaya səs salan siyasi platformadır.

Bu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki qədim zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiyaların mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün nümunəvi məkandır. Bunlarla yanaşı, Bakıda bir sıra digər beynəlxalq tədbirlər keçirilib. Ölkəmiz “Eurovision” mahnı müsabiqəsini, Birinci Avropa Oyunlarını, 42-ci Dünya Şahmat Olimpiadasını, “Formula- 1” Bakı Qran prisini, IV İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə təşkil etməklə mükəmməl təşkilatçılıq nümunəsi ortaya qoyub.

Ötən il isə Bakının növbəti beynəlxalq tədbirə - Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (“Expo 2025”) evsahibliyi etmək üçün namizədliyi irəli sürülüb. Bu münasibətlə keçən il noyabrın 14-də Parisdə təşkil olunan qəbulda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qeyd edib ki, Bakıda keçiriləcək sərgi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək, yeni bölgədə, yeni dövrdə yeni bir tarix yazmaq imkanı yaradacaq. Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün Azərbaycanın təklifini dəstəkləmək məqsədilə əsas məqamları da diqqətə çatdıran Mehriban xanım Əliyeva deyib: “Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaqdır. Bu həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq”.

Tarixi 1851-ci ilə gedib çıxan ümumdünya sərgisi dünyada ən böyük ən davamlı qlobal tədbir hesab olunur. Bir neçə ay davam edən sərgidə təşkil edilmiş pavilyonlar milyonlarla insanı cəlb edir. Ölkəmizin ümumdünya sərgisində iştirakı 2000-ci ildən başlayır. Azərbaycanın “Expo” hərəkatında iştirakı son üç ildə daha da intensivləşib. Məhz Heydər Əliyev Fondunun dəstəyi töhfələri ilə Azərbaycan bu sərgilərdə yüksək səviyyədə iştirak edib.

Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq Yaponiyanın Osaka şəhərlərinin “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb. Sərginin keçiriləcəyi şəhər isə bu ilin noyabrında 170 üzv ölkə tərəfindən müəyyən olunacaq. Əgər Bakı şəhəri səsvermədə qalib gələrsə, Bakının hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Expo” kəndi salınacaq.

Bakıda 2025-ci ildə keçiriləcəyi təqdirdə, sərginin mövzusuİnsan kapitalı”nın inkişafı olacaq. İnsan kapitalıbugünkü qlobal rəqəmsal iqtisadiyyatda ən böyük vasitədir. Zəngin təcrübəyə, keyfiyyətli təhsilə səriştəli idarəçilik qabiliyyətinə malik kadr potensialı cəmiyyətin inkişafına, əhalinin rifahının yüksəlməsinə eyni zamanda, dövlətin dünyəvi, mədəni, tolerant idman ölkəsi kimi nüfuzunun möhkəmlənməsinə xidmət edir.

Ortaya dəyərli məhsul çıxarmaqla cəmiyyətə fayda verə biləcək kadrlarİnsan kapitalı”nın inkişafı deməkdir. Qeyd etməliyik ki, bu istiqamətdə Azərbaycan çətin uzun yol keçib. Bu yol, müasir dövrün tələblərinə çağırışlarına uyğun olaraq bu gün davam edir. Azərbaycan müstəqillik qazandıqdan Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmiz sabitlik davamlı inkişaf yoluna qədəm qoyub. Ümummilli liderin uğurlu siyasi kursunun müvəffəqiyyətlə davam etdirilməsi dövlətimizi yeniləşmə müasirləşmə mərhələsinə çıxarıb. Bu mərhələdə iqtisadi-sosial, elmi-texniki hərbi sahələr üzrə innovativ, mütərəqqi ən son elmi yeniliklərə söykənən nailiyyətlərin əldə olunmasında inkişafında, dünyaya qabaqcıl beynəlxalq institutlara sürətlə inteqrasiya etmək imkanlarının yaradılmasındainsan kapitalı”nın yeri rolu mühüm əhəmiyyət kəsb edir.

Müasir, innovativ iqtisadiyyatın formalaşdırılması, yeni biznes layihələrinin irəli sürülməsi peşəkar kadr potensialının daim möhkəmlənməsini inkişafını zəruri edir. Burada əlbəttə, mühüm amil təhsil sistemi üzrə zəruri olan islahatlardır. İnsan kapitalının inkişafı üçün təməli şərt isə ölkədə mövcud siyasi sabitlikdir iqtisadi inkişafdır. Fəxrlə deyə bilərik ki, Azərbaycanın son 15 ildə inkişafı neft strategiyasının uğurla həyata keçirilməsi neft kapitalının insan kapitalına çevrilməsini uğurla təmin edib. Respublikamızda minlərlə yeni məktəbin tikintisi, xarici ölkələrdə təhsil proqramının həyata keçirilməsi, orta məktəblərdə informasiya texnologiyaları layihələrinin tətbiqi məhz bu amala xidmət edir.

Təhsil sahəsindəki islahatlar həm akademik sektorun real təcrübi işlə sıx təmasda olmasını nəzərdə tutur. Bu o deməkdir, təhsil sistemində əldə edilən bilik bacarıqlar özəl dövlət sektorundakı layihələrlə uzlaşdırılmalıdır işə götürən götürülən arasında effektiv körpü yaranmalıdır. Bu ali təhsil müəssisələri peşə məktəblərini yeni bitirmiş tələbələr üçün bugünkü bazarda tələb olunan bacarıqlarının təmin olunmasına xidmət edən addımdır. Artıq təhsil sistemində xüsusi istedadlı tələbələrdən ibarət SABAH qrupları yaradılması, müəllimlərin attestasiyası qaydalarının hazırlanması, şəffaflıq digər bu kimi vacib islahatlar həyata keçirilib.

Təbii ki, bu sahədə peşə təhsilinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Milli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Fərmanı iləAzərbaycan Respublikasında peşə təhsili təliminin inkişafına dair Strateji Yol Xəritəsitəsdiqlənib. Bu sənəd peşə təhsili sahəsində qabaqcıl, beynəlxalq təcrübəyə əsaslanaraq yeni islahatların həyata keçirilməsinə yol açıb.

İnsan kapitalıyaxın gələcəkdə Azərbaycan da daxil olmaqla bütün ölkələrin ən əsas tələbat duyduğu sərvət olacaq. Bu, beynəlxalq səviyyədə tərəfdaşlarla danışıq apara biləcək, qabaqcıl, yaxşı təhsilli, müasir dünyagörüşlü ən əsası, vətənpərvərlik hissinə malik kadrların formalaşması deməkdır. “Expo 2025” sərgisinin Bakıda keçirilməsi məhz buna görə ölkəmizə böyük xeyir verə bilər. Belə bir mötəbər sərgi çoxsaylı tanınmış beynəlxalq innovativ təşkilatların şirkətlərin respublikamızda bir araya gəlməsinə, Azərbaycanda yeni baxışlı sahibkarlar təbəqəsinin formalaşmasına, məqsədyönlü surətdə beynəlxalq standartlara uyğun peşəkar səriştəli kadr potensialının möhkəmlənməsinə təkan bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək verəcək. Bu mənada, “Expo 2025” sərgisi mühüm hadisə, təlimverici mühit xarakterli bir tədbir olacaq. Sərginin təşkilatçıları tərəfindən paytaxtımızın ən əlverişli məkan kimi qəbul ediləcəyinə inanırıq.

 

Tamerlan VAHABOV,

İvy Group” şirkətinin təsisçisi,

ABŞ Corctaun Universitetinin məzunu

 

Azərbaycan.- 2018.-15 mart.- S.6.