VI Qlobal Bakı Forumunun
iştirakçılarının şərəfinə ziyafət
verilib
Martın 15-də VI Qlobal Bakı
Forumunun iştirakçılarının şərəfinə
ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, ziyafətdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin iştirak etdikləri ziyafətdə Prezident İlham ƏLİYEV çıxış edərək dedi:
-Forumun açılış sessiyasında və panel iclasları zamanı mənə müzakirələrin çox maraqlı və məhsuldar keçməsi barədə məlumat verildi. Əminəm ki, sizin təmaslarınız və qeydlərinizdən yaranan ideyalar bizim gələcək fəaliyyətimiz, onların xidmət etdiyi məqsədlər üçün çox dəyərli olacaqdır.
Mən bütün qonaqlarımızı Azərbaycanda görməkdən çox şadam. Mən çoxlu köhnə dostlarımı, həm fəaliyyətdə olan dövlət və hökumət başçılarını, həm də sabiq dövlət və hökumət başçılarını, uzun illər birlikdə işlədiyim rəhbərləri görürəm. Mən sizin ölkələrinizə səfərlərimi, sizin bizim ölkəmizə səfərlərinizi xatırlayıram. Bizim həqiqətən də çox yaxşı işçi münasibətlərimiz var idi və bu münasibətlər Azərbaycan və sizin ölkələriniz arasında daha sıx əlaqələrin qurulmasına çox kömək göstərib.
Bizimlə birlikdə olduğunuz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdiyiniz töhfə və dəstəyiniz üçün sizə təşəkkür edirəm. Əlbəttə ki, mən bir daha xanım Prezident Vike-Freyberqaya və cənab Serageldinə bizim ümumi amalımız üçün möhtəşəm, - fikrimcə, onların fəaliyyətinə belə qiymət vermək düzgün olardı, - töhfələrinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.
Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-FREYBERQA çıxış edərək dedi:
-Cənab Prezident.
Xanım Birinci vitse-prezident.
Əziz dostlar və həmkarlar.
Mən bizə göstərdikləri
davamlı dəstəyə
görə Prezidentə
və Birinci vitse-prezidentə təşəkkürümü
ifadə etmək üçün Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədrinə
qoşuluram. Ümid edirəm ki,
VI Qlobal Foruma toplaşmış köhnə
və yeni dostlarımız mənimlə
razılaşarlar ki, bu, görüşlərin
keçirilməsi, fikir
mübadiləsi, dinlənilmək
və digərlərini
dinləmək üçün
nadir bir məkandır.
Fürsətdən istifadə edərək,
mən, həmçinin
bu Forumun ərsəyə gəlməsində
çalışmış gənclərə də təşəkkürümü bildirmək istəyirəm.
Bunun necə də böyük iş olduğunu təsəvvürünüzə gətirə bilərsiniz.
Mən bizimlə öz təcrübələrinə başlayan,
çox dəyərli
təcrübəni əldə
etmiş istedadlı gənclərə minnətdarlığımı
bildirmək istəyirəm.
Ümid edirəm, siz bu təcrübənin bəhrəsini görəcəksiniz.
Cənab Prezident,
bizim burada çox nadir bir təşkilatımız olan
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
var. Bu, elə bir məkandır ki, burada bütün dünya ölkələrini
təmsil edən müxtəlif hökumət
rəsmiləri və
burada adətən bir masa ətrafında
təmsil olunmayan ölkələrin nümayəndələri
dostluq ab-havasında görüşmək üçün
bir araya gəlirlər. Bizə göstərdiyiniz yüksək qonaqpərvərliyə,
xoş münasibətə
və dəstəyinizə
görə Sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk.
Xanımlar və cənablar, gəlin cənab Prezidenti alqışlayaq.
Altıncı Qlobal Bakı Forumunun iştirakçılarının
şərəfinə verilən
ziyafətdə Azərbaycanın
incəsənət ustalarının
ifasında konsert proqramı təqdim olundu.
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq altıncı dəfədir
baş tutur və budəfəki Forumda beynəlxalq münasibətlərin gələcəyi,
münaqişələrin qarşısının
alınmasında dialoqun
rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin
olunması və digər mühüm məsələlər müzakirə
edilir.
Qlobal Bakı Forumu artıq ənənəvi
mötəbər tədbirə
çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin
keçirilməsində zəngin
təcrübə toplayan
Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi
edir. Bu cür
tədbirlər ölkəmizin
beynəlxalq birliyə
təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.
Azərbaycan.-
2018.-16 mart.- S.4.