Xalq Yazıçısı
Anara Prezidentin fəxri diplomu təqdim edilib
Martın 14-də Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq Yazıçısı,
görkəmli ədib,
ictimai xadim Anarın 80 yaşı tamam olub. Prezident İlham
Əliyev martın
13-də yazıçının Azərbaycan mədəniyyətinin
inkişafı və təbliğində uzunmüddətli
səmərəli fəaliyyətinə
görə “Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət başçısı 80 illik yubileyi münasibətilə Anara
təbrik məktubu da ünvanlayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yazıçılar
Birliyində “Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu”nu yubilyara təqdim edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib
ki, mərasimdə nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar
Birliyinin katibləri iştirak ediblər.
Anarın şəxsiyyəti və
yaradıcılığı haqqında söz açan Əbülfəs
Qarayev onu yubileyi münasibətilə
təbrik edib, cansağlığı, uzun
ömür və yeni yaradıcılıq uğurları arzu edib. Xalq Yazıçısının yaradıcılığından bəhs edən nazir onu həm
nasir və dramaturq, həm də ictimai xadim kimi fenomen
şəxsiyyət adlandırıb.
Qeyd edib ki, Anar
Azərbaycan ədəbiyyatının
canlı tarixidir.
Onun ədəbi və ictimai fəaliyyəti həmişə Azərbaycan
dövlətçiliyinin, milliliyinin
təbliğinə yönəlib.
Buna görə də Xalq Yazıçısının
yubileyi nəinki Azərbaycanda, həmçinin
ölkəmizin hüdudlarından
kənarda geniş şəkildə qeyd ediləcək.
Görüşdə bir sıra təkliflər
irəli sürülüb. Əbülfəs Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin
keçirilməsini təklif
edib.
Xalq Yazıçısı dövlət
başçısının onu təltif etməsinə və yubileyi münasibətilə
təbrik məktubu ünvanlanmasına görə
dərin minnətdarlığını
ifadə edib.
Azərbaycan.- 2018.- 16 mart.- S.10.