Bakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

 

Martın 15-də “ADA” Universitetində bu ali təhsil ocağının və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə VI Bahar Gənclik Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “ADA” Universitetinin rektoru Hafiz Paşayev, universitetin tələbələri və müəllimləri, eləcə də “Coca-Cola” şirkətinin əməkdaşları Dədə Qorqud parkında şam ağacları əkiblər. Bu aksiyaCoca-ColaFondu, “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyiAğac əkək, təbiətə töhfə verək” layihəsinin bir hissəsidir.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov deyib: “Coca-Cola” şirkəti ilə ölkəmizi gözəlləşdirmək istiqamətində başladığımız bu əməkdaşlıq artıq 50 min ağacın əkilməsi ilə nəticələnib. Ağacların əsasən Eldar şamı və zeytun ağacları olması təsadüfi seçim deyil. Çünki hər iki ağac həmişəyaşıl, uzunömürlü, estetik, eləcə də su ehtiyatlarını qənaətlə istifadə edən, Azərbaycan iqliminə uyğun bitkidir. Ağacları əkməklə kifayətlənmirik, həm də böyüdür və yaşadırıq. Çünki ağac əkənlər çoxdur, amma onlara baxanlarqoruyanlar azdır”.

Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev təmsil etdiyi qurumun Azərbaycanda ətraf mühitin inkişafına verdiyi prioritetdən danışıb. O deyib: “Sosial məsuliyyətli bir şirkət kimiCoca-Cola” fəaliyyət göstərdiyi ölkələrin inkişafı üçün hər zaman müəyyən işlər görür. Artıq dörd ildir ki, “Coca-ColaFondu və “ADA” Universiteti Azərbaycanın yaşıllaşdırılması üçün əməkdaşlıq edirbunun nəticəsi olaraq 50 min ağacın əkilməsi bizə xüsusi qürur hissi verir. Bu əməkdaşlıq “Coca-Cola” və “ADA” Universitetinin ölkəmizin təbiətinə töhfəsidir”.

Bildirilib ki, layihə çərçivəsində Ələt, Siyəzən, Şıxov və Pirəkəşkül də daxil olmaqla, 55 hektara yaxın boş ərazidə bu günədək 50 min çinar, zeytunşam ağacı əkilib. Əvvəllər bu ərazilərin əksər hissəsi yarımsəhra olub. Hazırkı vəziyyətdə isə böyümüş şamzeytun ağacları atmosferi oksigenlə zənginləşdirir, bütövlükdə ekosistemin inkişafına fayda verir. Ağaclar əkildikdən sonra da onların düzgün suvarılması və uzunömürlü olması üçün ərazilər daim nəzarətdə saxlanılır.

Tədbir VI Bahar Gənclik Festivalı ilə davam etdirilib.

Festival sərgi, konsert, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib, universitetdə əsl bayram ab-havası yaradıb. Əyləncəli bayram proqramında “ADA” Universitetinin tələbələri, tanınmış pop milli musiqi ifaçıları çıxış ediblər.

 

Azərbaycan.- 2018.- 16 mart.- S.11.