VI Qlobal Bakı Forumu çərçivəsində
“İnternetin üstünlükləri və
yaratdığı çətinliklər” mövzusunda
müzakirələr aparılıb
VI Qlobal Bakı Forumu çərçivəsində “İnternetin üstünlükləri və yaratdığı çətinliklər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Forum çərçivəsində aparılan bütün müzakirələrin xüsusi önəm kəsb etdiyini və çox aktual mövzulara həsr olunduğunu söyləyib. O bildirib ki, müzakirələr zamanı çox faydalı ideyalar, təkliflər səslənir. Forumun aktual mövzularından biri də “İnternetin üstünlükləri və yaratdığı çətinliklər”dir.
Tədbirdə çıxış edən “Google” şirkətinin vitse-prezidenti Vinton Serf mövzunun doğrudan da çox aktual olduğunu söyləyib. O, internetin yaranma tarixindən, onun yayılmasından, müsbət və mənfi tərəflərindən danışıb. Qeyd edib ki, bu gün insan həyatının hər bir sahəsinə təsir göstərən kibertəhlükəsizlik bütün dünyada gündəmdə olan əsas məsələlərdən biridir.
Vinton Serf,
həmçinin müasir
texnologiyaların, müxtəlif innovasiyaların cəmiyyətə
təsiri, eləcə də sosial şəbəkələr,
kriptovalyutalar barədə fikirlərini bölüşüb, “Google”
şirkətinin fəaliyyəti, aparılan son
islahatlar barədə məlumat verib, sualları cavablandırıb.
Azərbaycan.-
2018.-17 mart.- S.5.