Bakı Media Mərkəzi Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr
edilmiş filmin
çəkilişlərinə başlayıb
Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bədii-sənədli filmin çəkilişlərinə başlayıb.
Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Media Mərkəzindən AZƏRTAC-a bildirilib ki, filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır.
Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qəti mübarizə əks olunur. Bu mübarizənin sonu faciəli olsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.
Filmin 28 may - Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
Bakı Media Mərkəzi yaradıcı heyət və çəkiliş prosesindən mütəmadi olaraq yenilikləri paylaşacaq.
Qeyd edək
ki, Bakı Media Mərkəzi
Azərbaycanın audiovizual məhsullarının
istehsalı ilə məşğul olan
aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf
Bakıdır. Hitler neft
uğrunda döyüşü
necə uduzdu”, “Əbədi ezamiyyət”,
“Multikulturalizm ili”nə həsr olunmuş “Bir günəş
altında” və digər filmlər yer
alır.
Azərbaycan.-
2018.- 17 mart.- S.7.