Katerina Yuşenko: “Gənclərin
Qlobal Bakı Forumuna cəlb
edilməsi sevindirici haldır”
Altıncı Qlobal Bakı Forumunda
gənc liderlərlə bağlı ayrıca panel iclasın
keçirilməsi, müxtəlif ölkələrdən gənclərin
bu tədbirə cəlb edilməsi sevindirici haldır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Forumun iştirakçısı, Ukraynanın sabiq Prezidenti Viktor Yuşenkonun
xanımı Katerina Yuşenko
söyləyib. O deyib: “Moderatorluq
etdiyim “Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik” panel
iclasında dünyanın müxtəlif ölkələrindən
təmsil olunan gənclər fəallıq
nümayiş etdirdilər. Forumda iştirak edən gənclər
çox ağıllı, təşəbbüskardırlar.
Onlar siyasət, biznes
və digər sahələrdə gələcəyin liderləridir.
Maraqlısı odur ki,
gənclər VI Qlobal Bakı Forumu çərçivəsində
ayrı-ayrı ölkələrin dövlət və
hökumət başçılarının
çıxışlarını dinləmək, onlarla ünsiyyət qurmaq
imkanı əldə etdilər. Beləliklə,
Forum çərçivəsində aktual mövzularla
bağlı fikir mübadiləsi
aparıldı. Eləcə də gənclərin
çıxışlarını, təkliflərini dinləmək
yaşlı nəsil üçün
maraqlı oldu. Əlbəttə ki, bütün bunlar Azərbaycan üçün
də faydalıdır. Çünki
müxtəlif ölkələrdən ayrı-ayrı
sahələr üzrə gənc liderlər Azərbaycana gəlib
ölkənin müsbət təcrübəsi ilə
tanış olurlar. Düşünürəm
ki, onlar buraya yenidən gəlmək istəyəcəklər".
Azərbaycan.-
2018.-18 mart.- S.4.