Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır

 

Novruz şənliyində Azərbaycan xalqının ən gözəl arzuları və inamı ifadə edildi

 

Hər milləti yaşadan, tanıdan onun milli adət-ənənələridir. Novruz bayramı da Azərbaycan xalqının tarixi keçmişini, inancını, inamını, ümidlərini, düşüncələrini geniş şəkildə əks etdirir. Dörd çərşənbə həyatın, varlığın təzahürü olan dörd ünsürlə bağlıdır. Hər çərşənbə onlardan birinin adı ilə - ardıcıl olaraq, Su, Od, YelTorpaq çərşənbələri adlanır. Təbiət həmin günlərdə yavaş-yavaş canlanır. Novruz bayramında gecə ilə gündüz bərabərləşir. Sanki təbiət təzədən doğulur. Dünyanın ən gözəl çağları - baharı gəlir.

Azərbaycan xalqının Novruz adət-ənənələri olduqca zəngindir. Respublikamızın hər bölgəsinin əhalisi zaman-zaman bu adətlərə öz düşüncələrindən, istəklərindən və məişətlərindən irəli gələn yeni çalarlar qataraq onu daha rəngarəng ediblər. Bəziləri əyləncə kimi görünsə də, əslində, Novruz bayramında mütləq olaraq əməl etdiyimiz bütün adətlərin, ənənələrin, qaydaların fəlsəfi mənası, dərin kökləri var. Bu köklər bizi möhkəm bağlarla keçmişimizə, milli kimliyimizə bağlayır. Qədim tarixə malik olan Novruz əcdadlarımızdan bizə qalan dəyərli miras, misilsiz hədiyyədir. Bu bayram özündə saflığı, yüksək insani keyfiyyətləri təcəssüm etdirir. Novruz bayramı insanlar arasında birliyi, mehribanlığı möhkəmləndirir, mərhəmətin, səxavətin, qayğının, diqqətin nə qədər gərəkli olduğunu xatırladır.

Qışın sərt, barsız-bəhərsiz günləri bitir, təbiət bəşər övladlarına səxavətlə gülümsəyir, onları əməyə, səsləyir, ruzi-bərəkət vəd edir. Bu təbiətin dirçəliş bayramı - Novruz son illər dünyanın əksər xalqlarının diqqətini cəlb edir. 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü kimi dəyərləndirilir.

Hər il Azərbaycanda yüksək səviyyədə qeyd olunan bu bayramda ölkəmizə gələn qonaqların sayı da artır. Çünki xalqımızın Novruz adət-ənənələri özünəməxsus və qeyri-adidir.

Yenə Azərbaycan bayram sevincini yaşayır. Artıq hazırlıqlar bitib, evlərdə Novruz xonçaları düzülüb. Ölkəmizin hər yerində insanlar bir-biri ilə bayramlaşır, xoş arzularını ifadə edirlər. Bu bayram əhval-ruhiyyəli günlərdə Azərbaycan xalqını təbrik edən ölkə rəhbəri Novruz bayramının bizim sevimli bayramımız olduğunu vurğuladı: “Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır. Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan dövləti müasir dövlətdir, ancaq, eyni zamanda, bizim dövlətimiz dərin milli-mənəvi dəyərlər, köklər üzərində qurulubdur. Elə etməliyik ki, gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Onlar da bizim kimi Vətənə bağlı olsunlar, milli maraqlarımızı hər şeydən üstün tutsunlar”.

Azərbaycanın Novruzu gözəl nəticələrlə qarşıladığını, ölkəmizin hərtərəfli inkişaf etdiyini, aparılan quruculuq işləri sayəsində daha da gücləndiyini beynəlxalq nüfuzunun artdığını diqqətə çatdıran dövlət başçısı digər mühüm məsələləri nəzərə çatdırdı: “Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik”.

Ölkə rəhbəri beynəlxalq əlaqələrimizin genişləndiyini, bu gün dünya miqyasında çox yüksək reputasiyaya malik ölkə olan Azərbaycanın regional əməkdaşlıq məsələlərində bir çox hallarda təşəbbüskar kimi çıxış etdiyini qeyd etdi. Dövlət başçısı bir neçə gün əvvəl ilk dəfə Bakıda keçirilən Azərbaycan, İran, Gürcüstan Türkiyənin xarici işlər nazirlərinin birinci görüşünü tarixi hadisə, tarixi görüş kimi dəyərləndirdi: “Bundan əvvəlki dövrlərdə yenə bizim təşəbbüsümüzlə bir neçə regional format yaranmış uğurla fəaliyyət göstərir.

Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli nəhayət, Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar yaranmışdır. Qeyd etməliyəm ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olmuşdur. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat digər sahələri əhatə edir. Bildiyiniz kimi, bizim təşəbbüsümüzlə regionda çox böyük nəqliyyat layihələri icra edilir. Şərq-Qərbnəqliyyat marşrutu artıq reallaşıb. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Yaxın gələcəkdə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam gücü ilə işləməsi nəticəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi bir neçə dəfə artacaqdır. Hazırda biz “Şimal-Cənubnəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Azərbaycan ərazisində bu marşrutla bağlı bütün işlər görülübdür. Eyni zamanda Azərbaycan bu marşrutun tam həyata keçirilməsi üçün əlavə tədbirlər görəcəkdir. Həmçinin bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün bizə imkan yaratdı Bakıda dörd ölkənin xarici işlər nazirlərinin görüşündə, eyni zamandaCənub-Qərbnəqliyyat marşrutu müzakirə edildi. İlk dəfə olaraq, yenə bizim təşəbbüsümüzlə. Beləliklə, baxmayaraq ki, Azərbaycanın açıq dənizlərə çıxışı yoxdur, biz Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcəyik bu istiqamətdə artıq gözəl nəticələr var”.

Bunun əksinə olaraq, Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalır bu da təbiidir. Çünki Ermənistan siyasi baxımdan müstəqil deyil, gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Dövlət başçısı Ermənistanın uğursuz daxili siyasətinin verdiyi ağır nəticələri diqqətə çatdırdı: “Belə bir mənzərə ilə üzləşən Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcəkdir. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti,

AŞ PA, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar qətnamələr qəbul etmişlər. Yəni bu, Ermənistanın siyasi məğlubiyyətidir. Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıblar. Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum” heç bir ölkə tərəfindən tanınmayıb, beynəlxalq təşkilatlar da bunu tanımayıblar. Bu, bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır Azərbaycanın ayrılmaz hissəsidir”.

Novruz şənliklərində bir daha xatırladıldı ki, iki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər özünə gələ bilmir. Ölkə başçısı bütün Azərbaycan xalqının bu arzularını da dilə gətirdi. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada Xankəndidə dalğalanacaqdır.

Azərbaycanın gündən-günə artan iqtisadi gücü, uğurlu daxili xarici siyasəti bu müqəddəs arzunun tezliklə həyata keçəcəyinə inamı gücləndirir.

Bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhvali-ruhiyyə ilə qarşıladıq.

2018-ci ilin , ondan sonrakı illərin ölkəmiz üçün uğurlu olacağına, Azərbaycanın uğurla inkişaf edəcəyinə, qarşıda duran bütün vəzifələrin icra olunacağına xalqımızda böyük əminlik var.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 22 mart.- S.1; 3.