VaşinqtondaLeyli və Məcnun” operası nümayiş etdirilib

 

Martın 22-də dünya şöhrətliLeyli Məcnunoperasının Vaşinqton şəhərində premyerası olub. Yeni versiyada böyük uğurla təqdim olunan görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin operası ABŞ-nın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, operadakı ifaları iştirakçılara Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova çatdırıblar. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən reallaşdırılıb. İfalarda dövrümüzün ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

Kennedi Mərkəzinin mətbuat açıqlamasında deyilir ki, faciəvi sevgini əks etdirən opera 1908-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərinə uyğunlaşdırılıb. Qeyd edilir ki, məşhur Nizami Gəncəvi və Məhəmməd Füzuli tərəfindən tərcümə olunan hekayə Yaxın Şərqdə və digər mədəniyyətlər arasında məşhurdur. Qərbdə daha çox tanınan “RomeoCülyetta” hekayəsinə bənzər, lakin ondan bir qədər əvvəl yazılan “Leyli və Məcnun” əsəri çoxsaylı incəsənət formatlarında nümayiş etdirilib. Bir çox şeir, vizual incəsənət əsəri, ədəbiyyat, kino və musiqilər məhz “Leyli və Məcnun”dan ilham alınaraq ərsəyə gətirilib.

Bu layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On iki il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o vaxtdan da Azərbaycan musiqisinin incisi olanLeyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. Alim Qasımovun bənzərsiz səsi və sənəti “Leyli və Məcnun” layihəsinin ərsəyə gəlməsini və onun uğurunu şərtləndirən ən başlıca amillərdəndir. O, Fərqanə xanımla birgə musiqi tariximizdə ən təsirli “Leyli və Məcnun” cütlüyünü yarada bilən nadir sənətçilərdəndir.

Mark Morris müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardandır. 2016-cı ildə nüfuzluNyu-York Tayms” qəzeti onu “hazırda fəaliyyət göstərən ən uğurlu və ən çox təsir göstərən xoreoqraf” adlandırıb. 1980-ci ildə o, Mark Morris Dance Group (MMDG) adlı rəqs kompaniyasının təməlini qoyubson 36 il ərzində 150-dən artıq layihə reallaşdırıb. Mark Morrisin layihələri dünyanın ən nüfuzlu səhnələrində, o cümlədən ABŞ-ın Metropoliten Operasında və Böyük Britaniyanın Kovent Qarden teatrında dəfələrlə nümayiş olunub.

Mark MorrisinLeyli Məcnunoperasına marağı 2007-ci ilə təsadüf edir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyiİpək Yoluansamblı Alim Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Morris o zamandan həmin ifaya rəqsin əlavə olunmasını düşünürmüş. Nəhayət, 2016-cı ildə həmin layihə reallaşdı. Həmin ilin mart ayında Mark Morris Bakıya səfər edib, Alim Qasımovla digər musiqiçilərlə görüşüb, Azərbaycan musiqisi mədəniyyəti ilə taniş olub. Həmin səfərdən sonraLeyli Məcnunlayihəsi öz əsas, həlledici mərhələsinə qədəm qoyub. Son iki il ərzində konsertlər ABŞ-ın bir çox şəhərlərində, o cümlədən Berklidə, Sietlda, Ənn Arborda, Çikaqoda Nyu-Yorkda Amerika auditoriyasını heyran qoyub. “Leyli Məcnun”un tamaşalarından əvvəl Azərbaycan xalq musiqisinin səslənməsinə qərar verilib. Hər tamaşanın əvvəlində gənc muğam ifaçıları, muğam müsabiqəsinin laureatları Kamilə Nəbiyeva Mirələm Mirələmov öz məharətli ifaları ilə tamaşaçıları sanki muğamın sirli-sehrli dünyasına dəvət ediblər. Alim Qasımovun ansamblının üzvləri Əməkdar Artist Rauf İslamovun (kamança) Zəki Vəliyevin (tar) məharətli professional ifalarını da xüsusilə qeyd etmək lazımdır.

Leyli Məcnunlayihəsinin təməlini qoyanlardan biri 2017-cı ildə dünyasını dəyişən Böyük Britaniyalı rəssam Hovard Hockindir. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların musiqiçilərin geyiminin dizaynını hazırlamışdı.

Leyli Məcnunlayihəsində, həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, həmin layihənin elmi məsləhətçısı kimi, tamaşalardan əvvəlLeyli Məcnunəsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi Aida Hüseynovadır. Aida xanımın təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan SəmədovunMuğam triosurəsmi daxil edilib.

Leyli Məcnunoperasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız, bir sözlər, Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırıldı, ən mötəbər ictimai dairələrdə marağa müzakirələrə səbəb oldu. İlk tamaşadan sonraNyu-York Taymsqəzetində dərc olunan məqalə belə tamamlanır: “Konsertlərdən zövq aldığımızdan sözsüz ki, biz Azərbaycan musiqisi Üzeyir Hacıbəylinin musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”. Bu da yəqin ki, layihənin ən önəmli, ən vacib nəticəsidir.

Konsertlər, həmçinin ABŞ-ın İllinoys Nyu-York ştatlarında da keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb. Qeyd edək ki, Vaşinqtonun Kennedi Mərkəzində “Leyli və Məcnun” operası martın 23 və 24-də də nümayış etdiriləcək.

 

Azərbaycan.- 2018.- 24 mart.- S.6.