Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişafdadir

 

Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Prezident İlham Əliyev Baş nazir Binəli Yıldırımı qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşü oldu.

Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Baş nazir, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz sizin səfərinizə böyük önəm veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək. Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün belədir və həmişə də belə olacaq. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün biz siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir, iqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır, qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoymuşdur. Bu sərmayə qoyuluşu davam edir, daha da böyük rəqəmlərə çatacaq.

Bu il TANAP layihəsinin istismara verilməsini biz birlikdə qeyd edəcəyik. Bu, tarixi layihədir və uğurla başa çatır, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq, eyni zamanda, bu layihədən faydalanan ölkələr üçünyeni imkanlar açacaq. Keçən il biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdikbu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra bu, üçüncü tarixi layihəmizdir. Ölkələrimiz bu layihəni birlikdə icra edirlər. Yəni, bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya qitəsi üçünböyük əhəmiyyət daşıyır.

Biz bu gün bu və digər məsələləri müzakirə edəcəyik və Türkiyə ilə Azərbaycanın gələcək birgə fəaliyyəti haqqında danışacağıq. Bir daha xoş gəlmisiniz.

 

***

 

Baş nazir Binəli YILDIRIM dedi:

 

-Xoş gördük çox təşəkkür edirəm, hörmətli cənab Prezident.

Sizin ifadə etdiyiniz kimi, Türkiyə Azərbaycan bir millət, iki dövlətdir. Ölkələrimiz arasındakı münasibətlər gündən-günə daha da inkişaf edir. Həm Türkiyədə, həm Azərbaycanda qarşılıqlı investisiyalarımız, ticarətimiz artır, turizm sahəsində əməkdaşlığımız inkişaf edir. Biz bununla kifayətlənmirik. Eyni zamanda, region ölkələrinin inkişaf etməsi üçün Türkiyə Azərbaycan olaraq birlikdə çalışırıq. Qafqaz regionunda Gürcüstanın, Azərbaycanın Türkiyənin həyata keçirdiyi layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, TANAP, Bakı-Tbilisi-Ərzurum təbii qaz layihələri təkcə bizim ölkələri maraqlandıran layihələr deyil, eyni zamanda, Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir. Uzaq Şərqdən, Orta Asiyadan Azərbaycan ərazisindən Türkiyəyə Avropaya daşımaları təmin edəcək tarixiİpək Yolu” - Bakı-Tbilisi-Qars layihəsi Sizin qətiyyətiniz təşəbbüsünüzlə, cənab Prezidentimizin töhfəsi ilə reallaşdı. Vaxtilə bir xəyal olan bu layihə indi bölgəyə xidmət etməyə başlayıb eyni zamanda, Naxçıvana da ciddi logistik dəstək verir.

Bu gün qardaş dost Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Bizə göstərdiyiniz səmimi münasibətə qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm.

 

x x x

 

Görüşdən sonra Prezident İlham Əliyev Baş nazir Binəli Yıldırım birgə nahar etdilər.

 

Azərbaycan. - 2018.-15 mart.- S.1-2.