Qlobal Bakı Forumunun fəaliyyəti dünyada gedən proseslərə müsbət təsir göstərir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VI Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, VI Qlobal Bakı Forumunun önəmini vurğulayan dövlətimizin başçısı bu tədbirin mütəmadi olaraq keçirilməsindən, getdikcə daha çox iştirakçını özünə cəlb etməsindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialının beynəlxalq səviyyədə nüfuzunun artmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanın İsmail Serageldinin, o cümlədən İdarə Heyəti üzvlərinin bütün bu işlərə verdiyi töhfəni yüksək qiymətləndirdi mərkəzin İdarə Heyətinin üzvlərinin fəal aparmaları nəticəsində bu təşkilatın fəaliyyətinin gündəliyinin genişləndiyini bildirdi.

Xoş sözlərə Mərkəzin işinə verilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Qlobal Bakı Forumunun böyük önəm daşıdığını Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə nüfuzunun artdığını məmnunluqla vurğuladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çində, ABŞ-da dünyanın bir sıra ölkələrində tədbirlər keçirdiyini deyən qonaq bunu Mərkəzin fəaliyyət coğrafiyasının genişlənməsinin dünyada bu quruma olan marağın göstəricisi kimi dəyərləndirdi.

Görüş iştirakçıları Azərbaycanın beynəlxalq rolunun artdığını, ölkəmizin sabitliyə təhlükəsizliyə töhfə verdiyini qeyd edərək bildirdilər ki, Qlobal Bakı Forumunun fəaliyyəti dünyada gedən proseslərə müsbət təsir göstərir artıq beynəlxalq tədbirə çevrilib.

Söhbət zamanı bu tədbirin müxtəlif tərəflər arasında fikir mübadiləsinin müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığı vurğulandı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.- 2018.-15 mart.- S.2.