Anadolu agentliyinin və TRT telekanalının rəhbərləri AZƏRTAC-da olublar

 

Türkiyənin “Anadolu” xəbər agentliyinin baş direktoru Şenol Kazancı və “TRT” telekanalının rəhbəri İbrahim Eren Azərbaycanın xəbər agentliyi  “AZƏRTAC”-da olublar.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən media sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Qeyd olunub ki, “AZƏRTAC” və “Anadolu” xəbər agentliyi uzun illərdir həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Hazırda “AZƏRTAC”-ın eyni vaxtda Dünya Xəbər Agentlikləri Konqresinə və AsiyaSakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik etdiyini diqqətə çatdıran baş direktorAnadolu” xəbər agentliyinin daim “AZƏRTAC”-a dəstək verdiyini, iki agentliyin səmərəli informasiya mübadiləsi apardığını vurğulayıb.

Görüşdə türkdilli agentliklərin bu təşkilatlarda fəaliyyətinin genişləndirilməsi, eyni zamanda, hazırda “AZƏRTAC”-ın sədri olduğu Türkdilli İnformasiya Agentlikləri Birliyinin növbəti iclasının toplanması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Anadoluagentliyinin baş direktoru Şenol Kazancı iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu, Türkiyə və Azərbaycan arasında əlaqələrin nümunəvi yaxınlığı ilə seçildiyini qeyd edib. “AZƏRTAC-ın timsalında Azərbaycanın iki böyük beynəlxalq media qurumuna sədrlik etməsi bizim üçün qürurvericidir”, - deyən Ş.Kazancı Anadolu-nun bundan sonra da “AZƏRTAC”-ın təşəbbüslərinə dəstək verəcəyini bildirib.

TRT-nin Azərbaycandakı təmsilçiliyinin uzun illərdir uğurla fəaliyyət göstərdiyini deyən telekanalın baş direktoru İbrahim Eren rəhbəri olduğu media qurumunun iki ölkə arasındakı əlaqələrə, Azərbaycanın bütün sahələrdə uğurlarının işıqlandırılmasına böyük diqqət ayırdığını söyləyib.

Görüşdə, həmçinin Anadolu agentliyininTRT-nin Bakı nümayəndəliklərinin rəhbərləri Tolqa Özgənc və Murat Akkoç iştirak ediblər.

 

Azərbaycan.- 2018.-15 mart.- S.3.