Prezident İlham Əliyev ELPIDA
Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun
prezidentinə “Dostluq” ordeni
təqdim edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 15-də ELPIDA
Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti,
UNESCO-nun xoşməramlı səfiri xanım Marianna
Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı keçən ilin dekabrında Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə ELPIDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edildiyini bildirdi. Prezident İlham Əliyev Marianna Vardinoyannisin bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd etdi və ordeni ona təqdim etdi.
Marianna Vardinoyannis
bu mükafatın verilməsinin onda böyük qürur hissi doğurduğunu bildirdi. “Dostluq” ordeninə
görə dövlətimizin
başçısına minnətdarlığını
bildirən Marianna Vardinoyannis
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın beynəlxalq əməkdaşlığın
gücləndirilməsi istiqamətində
fəaliyyətlərinin böyük
maraqla izlənildiyini dedi. O, Mehriban
Əliyevanın beynəlxalq layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Azərbaycan.-
2018.-16 mart.- S.5.