Prezident İlham Əliyev Beynəlxalq Türk Akademiyasının prezidenti
Darxan Kıdırəliyə “Dostluq” ordeni təqdim edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 15-də Beynəlxalq
Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə
“Dostluq” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın dünyada tolerantlığın gözəl nümunəsi olduğunu dedi. O, Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti barədə müxtəlif kitablar üzərində çalışdıqlarını bildirdi. Darxan Kıdırəli prezident seçkilərində dövlətimizin başçısına uğurlar arzuladı və Novruz bayramı münasibətilə təbriklərini çatdırdı.
Prezident
İlham Əliyev Darxan
Kıdırəlinin türkdilli ölkələr
arasında əməkdaşlıq istiqamətində fəaliyyətinin
Azərbaycanda yüksək qiymətləndirildiyini dedi və “Dostluq” ordenini ona təqdim etdi.
Azərbaycan.-
2018.-16 mart.- S.5.