Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də Türkiyə
Respublikasının Baş naziri Binəli Yıldırım
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırıma Bakı Forumunda məzmunlu çıxışına görə minnətdarlıq edən Azərbaycanın Birinci vitse-prezidenti ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəvi olduğunu, Azərbaycanda bu münasibətlərə böyük hörmətlə yanaşıldığını bildirdi. Azərbaycan və Türkiyənin bir-birini beynəlxalq qurumlarda dəstəklədiyini qeyd edən Mehriban Əliyeva Azərbaycan xalqının və dövlətinin bu dəstəyi hər zaman duyduğunu və yüksək qiymətləndirdiyini vurğuladı. Birinci vitse-prezident hər iki ölkənin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan irimiqyaslı layihələrin həm region, həm də Avropa üçün önəmini diqqətə çatdırdı. Bildirdi ki, bu layihələrin uğurunun təməlində dostluq və qardaşlıq münasibətləri dayanır. “Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələr qurulub. Bu əlaqələr gündən-günə möhkəmlənir”, - deyən Mehriban Əliyeva qeyd etdi ki, birgə fəaliyyətimiz gələcəkdə də öz bəhrəsini verəcək. Azərbaycanın Birinci vitse-prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin ölkəmizin ədalətli mövqeyini müdafiə etməsinə və dünya ictimaiyyətinə çatdırmasına görə minnətdarlığını bildirdi. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tezliklə həll olunacağına əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlərinə heç nəyin xələl gətirə bilməyəcəyini vurğuladı.
Türkiyənin Baş naziri VI Qlobal Bakı Forumuna dəvətə
görə təşəkkürünü bildirərək
Azərbaycanın Türkiyə üçün
qardaş və dost
ölkə olduğunu bildirdi.
“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”,
- deyən Binəli Yıldırım qardaşlıq
münasibətlərinin ildən-ilə daha
da möhkəmləndiyini
vurğuladı. Bildirdi ki,
reallaşdırılan irimiqyaslı enerji
və nəqliyyat layihələri həm iqtisadi
gücümüzü artırır,
həm də ölkələrin bir-birinə
yaxınlaşmasına xidmət edir. Binəli
Yıldırım qarşılıqlı sərmayə
qoyuluşlarının önəmini vurğuladı, iş adamlarının fəaliyyətini
yüksək qiymətləndirdi. Türkiyənin Baş naziri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ölkəmizin haqlı mövqeyini
bütün beynəlxalq qurumlarda
hər zaman dəstəkləyəcəklərini
söylədi.
Azərbaycan.
- 2018.-16 mart.- S.6.