Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də
İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta
ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki,
görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulandı, bu Forumda müzakirə olunan məsələlərin dünyada
gedən proseslərə müsbət təsir göstərdiyi
və ona marağın getdikcə daha da artdığı bildirildi. Tədbirin yüksək səviyyədə
təşkil edildiyi bildirilərək, Forumun dünyanı narahat
edən bir çox məsələləri
müzakirə etmək üçün
yaxşı platforma olduğu
vurğulandı.
Azərbaycan.-
2018.-16 mart.- S.6.