Almaniya Federativ
Respublikasının Federal Kansleri
Zati-aliləri xanım
Angela Merkelə
Hörmətli xanım
Federal Kansler,
Almaniya Federativ Respublikasının
Federal Kansleri vəzifəsinə
yenidən seçilməyiniz
münasibətilə Sizi
səmimi qəlbdən
təbrik edirəm.
Biz Azərbaycan-Almaniya
əlaqələrinin hərtərəfli
inkişafına xüsusi
əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal
və səmərəli
əməkdaşlığı məmnunluq doğurur.
İnanıram ki, dövlətlərarası
münasibətlərimizin daha
da möhkəmləndirilməsi,
ikitərəfli və
çoxtərəfli qaydada
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə
səylər göstərəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost Almaniya xalqının
rifahı naminə fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 mart 2018-ci il.
Azərbaycan.- 2018.- 16 mart.- S.6.