“Azərbaycan Respublikası
Hökuməti ilə İsrail Dövləti
Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 6, maddə 1177) 1-ci hissəsi ilə yaradılmış komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının vergilər naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
müdafiə sənayesi
nazirinin müavini
Azərbaycan Respublikası
energetika nazirinin müavini
Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini Azərbaycan Respublikası
ekologiya və təbii sərvətlər
nazirinin müavini
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
mədəniyyət və
turizm nazirinin müavini
Azərbaycan Respublikası
nəqliyyat, rabitə
və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi
sədrinin müavini
Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası
Mərkəzi Bankının
baş direktoru
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə İsrail Dövləti tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 mart 2018-ci il
Azərbaycan.- 2018.- 17 mart.- S.2.