Azərbaycan ilə Paraqvay
arasında əlaqələrin inkişafı məsələləri
müzakirə olunub
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı və Diasporla
İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə keçirilən VI Qlobal Bakı Forumunda iştirak etmək
məqsədilə ölkəmizdə səfərdə olan
Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezlə
görüşüb.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycana səfərindən və VI Qlobal Bakı Forumunda iştirakından, eyni zamanda, keçirilmiş ikitərəfli görüşlərdən məmnunluğunu ifadə edən F.L.Mendez Prezident İlham Əliyev ilə görüşündə məhsuldar fikir mübadiləsinin aparıldığını bildirib.
Qonaq Forumun Azərbaycanı, o cümlədən regionu tanımaq, həmçinin ölkələrimiz arasındakı münasibətlərin perspektivləri barədə düşünmək üçün fundamental platforma olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Paraqvay arasında əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğu vurğulanıb. Bu xüsusda, parlament diplomatiyasının, o cümlədən hər iki ölkənin parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edilib.
Nazir Elmar Məmmədyarov 2015-ci il sentyabrın 10-da və 2017-ci il oktyabrın 25-də Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalı soyqırımı ilə əlaqədar bəyanatların qəbul edilməsinə görə Paraqvay Respublikasının Milli Konqresinə təşəkkürünü ifadə edib.
Görüşdə, həmçinin
regional və beynəlxalq mövzular
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2018.- 17 mart.- S.4.