Roma Papası Fransisk Həzrətlərinə

 

Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizi Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Son dövrdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sivilizasiyalar dinlər arasında dialoqun tolerantlığın təşviqinə töhfədir.

Ümidvaram ki, ümumbəşəri dəyərlərin təntənəsinə, dünyada sülhün, sabitliyin qorunub saxlanmasına, insanlar arasında qarşılıqlı anlaşma, dəstək həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xeyirxah müqəddəs missiyanızda uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2018-ci il.

 

Azərbaycan. - 2018.- 18 mart.- S.1.