“Azərbaycan avtomobil
yolları - 100 il (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və medallarının
təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12, I kitab, maddə 677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə 174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə 664, ¹ 11, maddələr 1036, 1048, 1061; 2013, ¹ 5, maddələr 460, 478, ¹ 10, maddə 1143, ¹ 12, maddə 1477; 2014, ¹ 6, maddələr 612, 623; 2015, ¹ 12, maddə 1447; 2016, ¹ 12, maddələr 1979, 2040; 2017, ¹ 1, maddələr 16, 27, ¹ 7, maddə 1311, ¹ 10, maddə 1771, ¹ 11, maddə 1962, ¹ 12, I kitab, maddələr 2242, 2269; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli Qanunu) 2-ci maddəsində “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissədən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley
medalı.”.
Maddə 2. “Azərbaycan
avtomobil yolları -
100 il (1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalı haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan
avtomobil yolları -
100 il (1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalının
təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 fevral 2018-ci il
Azərbaycan.- 2018.- 18 mart.- S.2.