“Yaşıllıqların mühafizəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 606; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanunu) 14.5-ci maddəsinə (ikinci halda) “müvafiq icra hakimiyyəti orqanları” sözlərindən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart
2018-ci il
Azərbaycan.- 2018.- 18 mart.- S.2.