Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “İpoteka haqqında'' Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə'' Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 444; 2006, ¹ 12, maddə 1029; 2007, ¹ 5, maddə 442, ¹ 6, maddə 562, ¹ 8, maddə 756; 2009, ¹ 12, maddə 948; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə 643; 2013, ¹ 3, maddə 214; 2014, ¹ 4, maddə 325; 2015, ¹ 1, maddə 1; 2016, ¹ 1, maddə 7; 2017, ¹ 11, maddə 1961) aşağıdakı dəyişikliklər edilsin:
1. 12.1.2-ci maddədə, 13.3-cü maddənin ikinci cümləsində, 30.2.12-ci maddədə, 288.1-ci maddənin birinci cümləsində “qeydə alınmış” sözləri “dövlət qeydiyyatına alınmış” sözləri ilə əvəz edilsin.
2. 62.1.3-cü maddədə “qeydiyyata almaq” sözləri “dövlət qeydiyyatına almaq” sözləri ilə əvəz edilsin.
3. 293.3-cü maddədə “qeydə alınmalıdır” sözləri “dövlət qeydiyyatına alınmalıdır” sözləri ilə əvəz edilsin.
4. 295-ci maddə üzrə:
4.1. birinci cümlədə “qeydiyyat” sözü “dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin;
4.2. ikinci (hər iki halda) və üçüncü cümlələrdə “qeydiyyata alınmış” sözləri “dövlət qeydiyyatına alınmış” sözləri ilə əvəz edilsin.
5. 297.1.2-ci, 297.1.3-cü, 297.2-ci, 298.1-ci və 301.0.21-ci (hər iki halda) maddələrdə “qeydiyyata alınmış” sözləri “dövlət qeydiyyatına alınmış” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart
2018-ci il
Azərbaycan.- 2018.- 18 mart.- S.2.