2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüş Tural Feyruz oğlu
Abbaslının namizədliyinin qeydə alınmasından imtina edilməsi haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
12/72
2018-ci
il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüş Tural Feyruz oğlu
Abbaslının namizədliyi Mərkəzi Seçki
Komissiyasının 14 fevral 2018-ci il tarixli 3/15 saylı qərarı
ilə təsdiq edilmişdir.
Namizədin müdafiəsi
üçün toplanmış seçici imzaları olan imza
vərəqələri və onlara əlavə edilməli
olan sənədlər 2018-ci il martın 12-də namizədin səlahiyyətli
nümayəndəsi tərəfindən namizədin qeydə
alınması üçün Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən
müvafiq seçki komissiyası imza vərəqələrini
və namizədin qeydə alınması üçün
lazım olan digər sənədləri qəbul etdikdən
sonra 7 gün müddətində namizədin qeydə
alınıb-alınmaması barədə əsaslandırılmış
qərar qəbul etməlidir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, namizədin qeydə
alınmasından imtina edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Belə ki, işçi qrupu tərəfindən
təqdim edilmiş imza vərəqələrindəki
imzaların düzgünlüyünün yoxlanılması
barədə 16 mart 2018-ci il
tarixli protokoldan və həmin tarixli rəylərdən
görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi
üçün 40 mindən az olmayan sayda etibarlı
seçici imzaları toplanılmalı olduğu halda, təqdim
edilmiş imza vərəqələrində olan etibarlı
imzaların sayı namizədin qeydə alınması
üçün qanunda nəzərdə tutulmuş saydan az
olmuşdur.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 59.6-cı, 59.10-cu və
59.12-ci maddələrinə uyğun olaraq etibarsız
sayılan imzalar çıxıldıqdan sonra qalan
seçici imzalarının sayı qeydiyyat üçün
lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü, 58-ci, 59-cu,
60-cı və 181-ci maddələrinə əsasən qərara
alır:
1. 2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
namizədliyi öz təşəbbüsü ilə irəli
sürülmüş Tural Feyruz oğlu Abbaslının namizədliyinin
qeydə alınmasından imtina edilsin.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.03.2018
Azərbaycan.-
2018.- 18 mart.- S.5.