2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Milli Dirçəliş Hərəkatı
Partiyasının vəkil edilmiş şəxslərinin
qeydə alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 12/76
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Milli Dirçəliş Hərəkatı Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:
Tahir Oruc oğlu Balakişiyev
Əziz Behbud oğlu Əhmədov
Arzu Sədrəddin oğlu Məlikov
Şəmşir Cahangir oğlu Abbasov
Əlöysət Əsəd oğlu Əsədov
Nofəl Oktay oğlu Sultanov
Anar Qalib oğlu Qonçayev
Vüqar Əsgər oğlu Xankişiyev
Taleh Mirzə oğlu Nəsirov
Adil Şura oğlu Ağayev
Aydın Məmməd oğlu Lətifov
Eldar Kərim oğlu Kərimov
Abuzər Həsən oğlu Abdullayev
Həzi Əlmirzə oğlu Həziyev
Həsrət Əhməd oğlu Fərzəliyev
Famil Salman oğlu Quliyev
Qüdrət Abdulla oğlu Həsənov
Əfqan Əflan oğlu Almasov
Hacağa Hacbala oğlu Cəfərov
Mirzəağa Mirzəxan oğlu Şirinov
Azər Hətəm oğlu Həsənov
Tahir Tofiq oğlu Seyidov
Şakir Pünhan oğlu Ağayev
David Məmməd oğlu Xudaverdiyev
Damət Dilən oğlu Nəsibov
Əli Allahverdi oğlu Rzayev
Aydın Həmzə oğlu Nəzərli
Məhərrəm Əhməd oğlu Fərzəliyev
Ramazan Bilal oğlu Qasımov
Nikbin Fərəc oğlu Quliyev
Tural Tofiq oğlu Qənbərli
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.03.2018
Azərbaycan.-
2018.- 18 mart.- S.5.