Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 12/78

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının üzvü Nikbin Fərəc oğlu Quliyevin səlahiyyətlərinə 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilsin.

2. Elçin Nizami oğlu Abdullayev 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

17.03.2018

 

Azərbaycan.- 2018.- 18 mart.- S.5.