Azərbaycan Prezidenti
Rusiya Prezidentini inamlı qələbə
münasibətilə təbrik
edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 19-da Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinə telefonla
zəng edib.
Dövlətimizin başçısı Rusiya
Federasiyasının Prezidentini
seçkilərdə inamlı
qələbə qazanması
münasibətilə təbrik
edib, ona Rusiya xalqının firavanlığı naminə
prezidentlik fəaliyyətində
yeni-yeni uğurlar arzulayıb. Prezident İlham Əliyev
qeyd edib ki, Rusiya Federasiyası
Vladimir Putinin rəhbərliyi
ilə müxtəlif
sahələrdə böyük
nailiyyətlər əldə
edib, eyni zamanda, Rusiya-Azərbaycan əlaqələri bütün
sahələrdə uğurla
inkişaf edir. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bundan
sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev
bir daha Vladimir Putinə prezidentlik fəaliyyətində uğurlar
arzulayıb.
Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Vladimir Putin öz
növbəsində qeyd
edib ki, qarşılıqlı inam
əsasında qurulmuş
və bir çox sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri
bu gün uğurla inkişaf edir. Rusiya Prezidenti əlaqələrimizin
gələcəkdə də
genişlənəcəyinə və möhkəmlənəcəyinə
əmin olduğunu bildirib.
Dövlət başçıları Azərbaycan
ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan
dostluq münasibətlərimizin
perspektivləri ətrafında
fikir mübadiləsi aparıblar.
Azərbaycan.-
2018.- 20 mart.- S.5.