Naxçıvan Muxtar Respublikası
Ali Məclisində görüş
Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gəlmiş missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Filipo Ristoldo və Risto Hurme ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səmimi qəbula görə minnətdarlıq edən Filipo Ristoldo və Risto Hurme Novruz bayramı ərəfəsində muxtar respublikada olmaqdan məmnunluqlarını bildiriblər. Müşahidəçilər seçki kampaniyasını və səsvermə prosesini yaxından izləyəcəklərini bildirib, fəaliyyət istiqamətləri barədə məlumat veriblər.
Ali Məclisin
Sədri muxtar respublikada
seçki prosesinə hazırlıq
işlərini diqqətə çatdırıb, beynəlxalq
müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin
yaradıldığını qeyd edib. Seçki
müşahidələrinin qanunvericiliyin
tələblərinə uyğun
aparılacağına əminliyini bildirən Ali
Məclisin Sədri qonaqlara fəaliyyətlərində
uğurlar arzulayıb.
Azərbaycan.-
2018.-20 mart.- S.7.